`Uşaq psixoloqlarına ehtiyac var` - Hicran Hüseynova


18:44     13 Aprel 2016 hicran8.jpg

"Azərbaycanda uşaq psixoloqlarına çox böyük ehtiyac var. Ona görə də bu işə çox ciddi yanaşmaq lazımdır".


Femida.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, məktəblərdə uşaq psixoloqlarının sayının artırılmasına, onların fəaliyyətinin genişləndirilməsinə ehtiyac var.

H.Hüseynova əvvəllər məktəblərdə psixoloqların uşaqlarla işlədiyini də nəzərə çatdırıb: "Bəzən görürsən ki, uşaq 1-2-ci sinifdə normal olur, amma sonrakı siniflərdə birdən-birə dəyişir. Belə də ya onun ailə problemi var, ya təhsilində nə isə problem var, ya da uşaq sinifdə özünə yer tapa, digər uşaqlarla ünsiyyət yarada bilmir. Gərək o dövrdə istər valideynlər, istərsə də müəllimlər vaxtında vəziyyətlə maraqlanaraq ona öz təsirini göstərməlidirlər. Biz bunu görmürük. Amma bu, çox vacib məsələdir. Buna çox böyük diqqətlə yanaşmaq lazımdır. Uşaqlarla məşğul olanlar bilirlər ki, onların yaşına görə psixoloji dəyişiklikləri özünü göstərir. Elə dövrlər olur ki, uşaq yaxşı qiymət almır, müəlliminə elə şeylər deməyə başlayır ki... Araşdırılır və məlum olur ki, bu, uşağın müəlliminə qarşı acığı idi. Belə hallar da olur. Bizim uşaqlar indi xüsusilə xarici filmlərə çox baxırlar. Buradan özlərinə nümunə götürüb onları reallaşdırmağa başlayırlar".

H.Hüseynova deyib ki, rayon icra hakimiyyətlərindəki yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyalar da uşaqlarla çox güclü işləməlidirlər: "Gözləməməliyik ki, bir hadisə olacaq, ondan sonra biz onun nəticəsinin aradan qaldırılması üçün nə isə edəcəyik. İnsanlarla danışmaq, görüşmək lazımdır".

Açar sözlər:

Oxunub: 1242